
"Azərenerji"nin 800 min manatlıq tenderini FHN-nin bu generalının oğlu uddu
Azərenerji" ASC tərəfindən keçirilən tender müsabiqəsini qalibi "ATL Tech" MMC (VÖEN – 2002575181) olub.
"ATL Tech" MMC "Azərenerji" ASC-yə qurğu və avadanlıqların məlumat bazasının yaradılması, vahid mərkəzdən nəzarət edilə bilməklə idarə edilməsi sistemini satacaq və qarşılığında 778 min 800 manat alacaq.
Məlumat üçün bildirək ki, "ATL Tech" MMC 22.02.2013-cü il tarixində "Nəsimi rayonu, Bülbül pr, ev 105, M12, m. 3" ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Anar İsmayıl oğludur