
“Filosof dindar ola bilməz” deyənlərə cavab: Ayıb olsun!
"Filosof dindar ola bilməz! Dini fəlsəfə təbliğ edə bilməz!"- deyə şivən qoparan "dostlara", "ziyalılara"dır sözüm. Fəlsəfə tarixindən xəbəriniz yoxdur. Bu, aydındır. Yoxsa Pifaqordan, Heraklitdən, Platondan, Konfutsidən, Tusidən, Sührəverdidən, Berdyayevdən sonra hansısa filosofun din mövqeyində dayanaraq fəlsəfə etməsinə dəvə nalbəndə baxar kimi çəp-çəp baxmazdınız".
Empatv.az xəbər verir ki, bunu tanınmış filosof, fəlsəfə elmləri namizədi Müşfiq Ötgün deyib.
"İllərdir, bu kəsim ictimai şüurda "fəlsəfə yalnız inancsız ola bilər" tezisini möhkəmləndirməyə çalışır. Ən fərqli səviyyələrdə. Bilmək istəyirsinizsə, bu, "elmi" təkfirçilikdir. Dini təkfirçilərdən, başqa düşüncə sahibinə haqq tanımayanlardan, çox fərqlənmirsiniz. Tonunuz da üstdən aşağı, daima aşağılayıcıdır. Özünüzə xoş gəlir deyə fərqində deyilsiniz. Ayıb olsun".