
Azərbaycanda uzun illər bağlı qalmış 3 qəsdən adam öldürmə cinayətinin üstü açılıb
Ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən birgə fəaliyyət həyata keçirilir.
Empatv.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış bir neçə xüsusilə ağır-qəsdən adam öldürmə cinayətlərinin üstü açılıb.