
Gənclər cəmiyyət qarşısında məsuliyyətini tam dərk etməli və dövlətçilik ənənələrinin möhkəmlənməsinə töhfə verməyə çalışmalıdır " - ŞƏRH
Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub. Ulu öndərin gənclər siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin həyata keçirilməsində daima onun yanındadırlar".