Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də gecikir - FOTO

Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də gecikir - FOTO


Artıq ikinci gündür ki, Bərdə şəhərində gözləyən ərzaq dolu yük avtomobili ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi.

Empatv.az apa-ya istinadən xəbər verir ki, hələ də keçid baş tutmayıb.

Ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir. Keçidinin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçılarının növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Digər məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb. Eyni zamanda, əldə etdiyimiz məlumata görə, "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaxınlığında Ermənistan ərazisində Beynəlxalq Qızıl Xaç komitəsinin bir TIR-ı hazır dayanır.

Top