
Küçədə tapılan 7 günlük körpənin son durumu açıqlanıb - YENİLƏNİB
Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən tapılan 7 günlük körpə (qız) bu gün saat 06:15 radələrində TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
TƏBİB-dən Report-un sorğusuna cavab olaraq bildirilib ki, yerləşdirilərkən körpənin temperaturu 35 dərəcə, vəziyyəti orta ağır olub və fizioloji sarılıq qeydə alınıb.