Həbsdə olan general görün neçə milyon zərər ödəyib

Həbsdə olan general görün neçə milyon zərər ödəyib


Məmmədovun vəkili Rəşad Mirmehdizadə müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlə çıxış edib.O bildirib ki, iş üzrə generalın dövlət büdcəsinə vurduğu 18 milyon manat zərərdən 12 milyon manatı yaxınları və qohumları tərəfindən ödənilib:
"Bizim məqsədimiz zərərin tam olaraq ödənilməsi istiqamətində işlərin görülməsidir. Nizami Məmmədov barəsində ibtidai istintaq başa çatıb, onun şahidlərə, zərərçəkənə təsir etmək kimi bir fikri yoxdur. Azadlıqda olsa zərərin ödənilməsi təmin olunacaq".
Digər təqsirləndirilən şəxslərin də müdafiəçiləri müvəkkilləri ilə bağlı seçilən qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini məhkəmədən xahiş ediblər.
Dövlət ittihamçısı Fuad Musayev hazırkı vaxtda təqsirləndirilən şəxslərlə bağlı seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı hər hansı bir əsasın olmadığını və vəsatətin təmin edilməməsini məhkəməyə təklif edib.Məhkəmə vəsatəti təmin etməyib. Proses sentyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib, yüksək vəzifəli maliyyə xidmət rəisləri ilə yanaşı, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilib.Zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb.
Cinayət işi üzrə dövlətə dəymiş ziyan 100 milyon manata yaxındır.
İbtidai istintaq zamanı iş üzrə dəymiş zərərin 40 milyon manatı ödənilib.
Top