
"Yaş 44-ə çatıb, amma nə fəxri adım var, nə də nazirlikdən bir diqqət, xahiş etməliyəm?"-Elməddin Cəfərov
"Ümumiyyətlə son illər bütün mövzularda və sahələrdə, istər idman olsun, istər televiziya olsun, istər kino olsun tənqid, özbəyənməmə yaranıb. Mən başa düşmürəm bu nə ilə bağlıdır? İdmançılarımızı bəyənmirik, futbolçularımızı bəyənmirik, aktyorlarımızı bəyənmirik, həkimlərimizi bəyənmirik. Ay qardaş, bu nədir belə? İnsanlarda böyük bir aqressiya var!