
"Həbsdə yatan ərinin ziyarətinə özü yox məni göndərirdi"
"Əvvəllər ürəyi yumuşaq, həlim insan idim. Son zamanlar qəddarlaşmışam. Bilirsiniz niyə? Uzaq bir qohumum var idi. Onun ərini həbs etmişdirlər. Hər həftənin sonu gələndə bu qadın mənə zəng vurub yalvarırdı ki, qurban olum, başına dönüm bu siqareti, geyimi və yeməyi ərimə həbsxanaya apar. Mən saf ondan heç soruşmurdum ki, bunları sən özün niyə aparmırsan".