"Deyirdim ki, işığı söndürün, məni görməyin" - Xalq artisti o illərdən DANIŞDI
"Bizim ailəmizdə Məlik Dadaşov, Salman Dadaşov, atam arxeoloq olmağına baxmayaraq böyük musiqiçi idi. Hökümə Nəcəfova atamın xalası idi. Mən balaca olanda bacım Sədaqət Dadaşova Vaqif Mustafazadənin Sevil vokal instrumental ansamblının solisti idi. Bütün bunlara baxmayaraq mənim müğənni olmaq fikrim yox idi. Musiqini peşə olaraq düşünmürdüm. Evimizdə musiqisi normal bir şey idi. Mən düşünürdüm ki, insan musiqini bilməlidir. Öz ailəmizdə belə görmüşdük. Amma bu insanlar məni səhnəyə çıxmağa məcbur etdilər ".
Bu sözləri Xalq artisti Brilliant Dadaşova "Ötən günlər". O bildirib ki, uşaq vaxtı səhnəyə çıxmağa utanırdı".
"Akif İslamzadə məni Rafiq Babayevin evinə apardı. Ondan sonra biz konservatoriyaya gəldik. Mən bir neçə xalq mahnıları oxudum. Mən çox utanırdım. Studiyalarda xahiş edirdim ki, işığı söndürün, Mən sizi görməyim. Uşaqlıq illəri idi. Amma Rafiq Babayev, Eldar Mansurov, Cavanşir Quliyev məni böyük auditoriyaya çıxmağa məcbur etdi. Onlar mənim həyat yolumu cızdılar".