''Narkomaniya - Ağ Ölüm'' çarəsi ''Möcüzəvi 12 addım'' - FOTO

''Narkomaniya - Ağ Ölüm'' çarəsi ''Möcüzəvi 12 addım'' - FOTO


EmpaTv Sosial-Psixoloji Medianın təşkilatçılığı ilə 29 oktyabr 2023-cü il tarixində klinik psixoloq Heyran İbrahimin təqdimatında ''Narkomaniya - Ağ ölüm'' çarəsi ''Möcüzəvi 12 addım'' adlı seminarı baş tutdu. Seminarı Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tədbirdə aparıcı Ruslan Teymurov, spiker klinik psixoloq Heyran İbrahim olmuşdur. Zamanında narkomaniyadan əziyyət çəkən və bu gün ''Ağ ölüm''ə qalib gələrək, rahat həyat yaşayan şəxslər səhnəyə çıxaraq ''Möcüzəvi 12 addım''ı təqdim etdilər. Hər biri bir addımı izah etdi. Bu tədbir məhz onların ''12-ci addım''ı idi. 12-ci addım onların cəmiyyətə xəbər aparmağıdır və bu xəbəri bütün cəmiyyətə çatdırmaqdır. Eyni zamanda sosiallaşma addımları idi. Hər addım psixoterapiyadır.
Tədbirdə Qarabağ qazisi Ülvi Qədir, Azərbaycan Respublikasının Qadın Sahibkərları Assosasiyasının sədri Səkinə Babayeva Vekiller Kollegiyasının üzvü vekil Sevda Meherremova çıxış erdi.
 Daha sonra söz EmpaTv Sosial-Psixoloji Medianın rəhbəri jurnalist Sevinc Rəcəbovaya verildi. Sevinc xanım Rəcəbova rəsmi qonaqlara, psixoloqlar və pedaqoqlara, eyni zamanda tədbirdə iştirak edənlərə təşəkkürünü bildirdi. Spiker klinik psixoloq Heyran İbrahimə və aparıcı Ruslan Teymurova, Sevinc Rəcəbova tərəfindən Təşəkkürnamələr təqdim edildi.
Fotoları təqdim edirik
Top