
Sigmund Freudə həsr edilən “Tale Bəhanələr Qəbul Etmir”
“Empatv”Sosial Psixoloji Medianın təşkilatçılığı ilə 10 iyun tarixində Sigmund Freudə həsr edilən “Tale Bəhanələr Qəbul Etmir” adlı konfransı keçirildi. Tədbir “Empatv” Sosial Psixoloji Medianın rəhbəri Sevinc Rəcəbovanın çıxışı ilə açıq elan olundu. Tədbirdə aparıcı Sona Səlimli, moderator Fidan Əkbərli olumuşdur. Tədbirdə spiker qismində Klinik Psixoloq Gülşən Rüstəmova “Şüursuzluğun hissələri”, Uzman Psixoterapist Büşra Kaya “Yanılmalar və yuxu yozumu”, Klinik Psixoloq Ofelya Məmmədova “Ailə münasibətləri”, Klinik Psixoloq Vəfa Rəşidova Demir ”Libido”, Klinik Psixoloq Lalə Ələkbərova “Sərbəst Çağırışım” mövzusunda çıxış etmişdir.
Empati Teatrının komandası tədbirin gedişində 3 tamaşa nümayiş etdirmişdir.
Tədbirdə rəsmi qonaqlar,gənc psixoloqlar və psixologiyaya maraq göstərən insanlarda iştirak edirdi. Sonda rəsmi qonaqlara təşəkkürnamə, digər iştirakçılara isə sertifikat təqdim olundu.
Redaktor-Nərgiz Məmmədli